Husilər ABŞ-ın məşhur təyyarədaşıyan gəmisinə hücum edib

DÜNYA 18 aprel 2025, 21:06
Yəmən husiləri Qırmızı və Ərəb dənizlərində ABŞ-ın iki təyyarədaşıyan gəmisinə hücum edib. 

Demokrat.az xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının Siyasi Bürosu məlumat yayıb.

Husi ordusunun sözçüsü Yəhya Saria, "Biz ABŞ-ın "Harry Truman" və "Carl Vinson" təyyarədaşıyan gəmilərini, eləcə də onların Qırmızı və Ərəb dənizlərindəki döyüş gəmilərini hədəf alan ikiqat hərbi əməliyyat həyata keçirdik" deyib. 

Onun sözlərinə görə, “Vinson” təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdıqdan sonra ilk dəfədir ki, hücuma məruz qalır. 

Husilər həmçinin Zülfikar ballistik raketi ilə İsrailin Ben Qurion hava limanı yaxınlığındakı hərbi hədəfi vurublar.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top