İndiki Ermənistanın 60 faizi AXC-nin tərkibində idi — Mirzoyan

DÜNYA 17 aprel 2025, 13:26
Azərbaycan Xalq Cümhuriyyəti indiki Ermənistan respublikasının 60 faizdən çoxunu əhatə edirdi.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-lərinə müsahibəsində deyib.

“Azərbaycan Konstitusiyasında deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC mövcud Ermənistanın 60 faizindən çoxu üzərində suverenlik iddiasında idi (əhatə edirdi – red.). Bu problemdir? Əgər konstitusiya mətnləri ilə getsək, bəli, bu problemdir. Amma sülh sazişi bu məsələlərin həllini təklif edir. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu tərtibat hər iki tərəf üçün məqbul olduğundan, biz artıq mətni razılaşdırmışıq. Bu sənəd imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsindən müsbət rəy alınmalıdır”, – nazir bildirib.

Xatırladaq ki, AXC 114 min kvadrat kilometr ərazini əhatə edirdi və beynəlxalq qurumlar tərəfindən müstəqilliyi bu çərçivədə tanınmışdı. Cümhuriyyət Azərbaycan ərazilərində qurulmuşdu. Yəni AXC o vaxt 9 min kvadrat kilometrlik tarixi Azərbaycan ərazilərində qurulan Ermənistana ərazi iddiasında deyildi. Əksinə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 20 min kvadrat kilometrdən çox Azərbaycan ərazisi qanunsuz olaraq Ermənistana verilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top