Rusiya "Taliban" hərəkatının fəaliyyətinə qoyulan qadağanı ləğv edib

DÜNYA 17 aprel 2025, 19:52
Rusiya Federasiyasının Ali Məhkəməsi ölkədə "Taliban" hərəkatının fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb. 

Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.

RF Silahlı Qüvvələrinin mətbuat xidmətindən məlum olduğu kimi, iddianı Rusiya Baş Prokuroru qaldırıb. İclas bağlı qapılar arxasında keçirilib.

Aprelin 1-də Taliban siyasi bürosunun rəhbəri və Əfqanıstanın  Qətərdəki səfiri Suhail Shaheen deyib ki, Taliban hərəkatına qoyulan qadağanın dayandırılması Rusiya və Əfqanıstanın maraqlarına uyğundur.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top