Təyyarədə HƏYƏCANLI ANLAR — Dovşan yanğına SƏBƏB OLDU

DÜNYA 17 aprel 2025, 16:09
ABŞ-da "Boeing 737-800" təyyarəsinin mühərriki havada alovlanıb. Hadisənin səbəbi turbina hissəsinə dovşanın düşməsi olub.

Demokrat.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

"Təyyarədə yüksək səslə bir partlayış oldu və sonra güclü vibrasiya hiss etdik", - Təyyarənin sərnişinlərindən Skott Volf "Good Morning America" proqramında bildirib.

Hadisə bazar günü axşam saatlarında baş verib. Təyyarə havaya qalxdıqdan sonra heyət mühərrikə heyvanın düşdüyünü aşkarlayıb və dərhal Denver hava limanına qayıtmaq qərarına gəlib.

Sərnişinlər arasında xəsarət alan olmayıb. Onlar daha sonra Edmonton şəhərinə başqa bir təyyarə ilə yola düşüblər.

Qeyd edək ki, buna bənzər başqa bir hadisə də dekabrın 14-də baş verib. Həmin gün New-Yorkdan havaya qalxan "Airbus A321" təyyarəsi uçuş zamanı quşla toqquşduqdan sonra məcburi qaydada hava limanına qayıdıb. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyun 2025, 11:27
08 iyun 2025, 10:39
Top