Şabrançayda daha bir nəfərin meyiti tapıldı

GÜNDƏM 17 aprel 2025, 21:10

Şabrançayda daha bir nəfərin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, “Siyəzənneft”in əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.

Onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.

Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı imişlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top