Tətbiq olunan tariflər Amerika iqtisadiyyatı üçün dərman deyil, sürpriz qutusu olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında Cenevrə missiyasının bəyanatında deyilir.
Çinin ÜTT Daimi Nümayəndəliyindən edilən şərhdə, rüsumların ilk növbədə ABŞ-ı vuracağı qeyd edilib.
Bildirilir ki, ABŞ iqtisadiyyatı artan inflyasiya, artan yaşayış xərcləri və tədarük zəncirlərinin pozulması ilə üzləşəcək.
Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10 faiz, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub.
Buna cavab olaraq Çin də Amerika mallarına 34 faiz rüsum tətbiq edib.
Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacaqları ilə hədələyiblər.
Əfsanə Kamal
Demokrat.az