"Sənədsiz evlər və torpaq sahələri ilə bağlı uzun müddətdir ki, müzakirələr aparılırdı. Əmlak Məsələləri Dövlət Xidməti Ədliyyə Nazirliyi ilə birlikdə bu istiqamətdə portalın hazırlanmasına başlamışdı. Portal 7 yanvar 2025-ci ildə fəaliyyətə başladı. İlk başda portaldan torpaq sahələrini qeydiyyatdan keçirmək məsləhət olundu ki, digərlərini də ona uyğun həll etmək olsun".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
O bildirib ki, yaşayış təyinatı olmayan torpaq sahələri üzərində tikilən evlər qanunsuzdur:
"Həmin evlər və sahələr o zaman yaşayış təyinatlı ola bilər ki, icra hakimiyyəti bu barədə amnistiya təşəbbüsü ilə çıxış etsin. Milli Məclis normativ qaydalara uyğun olaraq həmin evlərin təyinatının dəyişməsi ilə bağlı amnistiya qəbul edə bilər. Hazırda müraciət ünvanlanırsa, torpağın təyinatının dəyişməsi səlahiyyəti Nazirlər Kabinetinə bağlıdır. Əgər hər hansı ərazidə torpaq sahəsinin təyinatı dəyişirsə, torpağın aid olduğu dövlət qurumundan icazə alınmalıdır. Ekologiya Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti kimi qurumlardan icazə alınmalıdır".
Ekspertin sözlərinə görə, əgər qeydiyyata alınmayan evin yaşayış təyinatı varsa, hər hansı problem yaranmayacaq:
"Qanunsuz tikilələrin həlli məsələsi ən sonda gəlib ən ali orqanda dayanır. Bu da heç bir vətəndaş üçün müsbət nəticə verməyəcək. Məhəmmədi kəndi, Masazır qəsəbəsi və.s kimi yerlər var ki, torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Vətəndaşlar isə həmin ərazilərdə evlər tikiblər. Bu kimi evlərin təyinatının dəyişməsi amnistiya elan olmasına bağlıdır. Evlər elektrik xətlərinin altında, dövlət üçün strateji əhəmiyyəti olan yerdə, meşə zolağında, kommunikasiya xətləri üzərində inşa edilməyibsə, ətrafda kütləvi yaşayış massivləri varsa, həmin evlərin qeydiyyatında hər hansı problem olmamalıdır. Belə bir amnistiya tətbiq olunarsa, əhalinin böyük hissəsinin istəyi təmin olunmuş ola bilər".
Əfsanə Kamal
Demokrat.az