
Bu gün mərhum Xalq artisti Nəsibə Zeynalovanın ölüm ildönümüdür.
Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, aktyor Sərxan Kərəmoğlu bununla bağlı paylaşım edib.
"21 il ötür ki yoxsan. Üzü qara olsun çörəyini yeyib, səndən öz çıxarıları üçün istifadə edənlərin. Böyük sənətkar - Nəsibə Zeynalova, sən mənim üçün bir məktəb olmusan. Yerin heç vaxt dolmayacaq. Məkanın cənnət olsun" deyə, Sərxan paylaşımında yazıb.