Biləsuvarda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 10 mart 2025, 18:26
Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətifəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 dekabr 2024-cü ildə Biləsuvar rayonunun kəndində baş verib. 

Adil kənddə yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Lətifə ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib, Lətifənin sifət nahiyəsinə yumruqla zərbə vurub. 

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Lətifə ilə el adətinə uyğun olaraq dini nikah bağlamaqla evlənsə də, onlar faktiki nikahlarını rəsmiləşdirməyiblər: “Bizim faktiki nikhamızdan iki uşağımız doğulub. Ailə qurduqdan sonra Lətifə yaşadığım Biləsuvar rayonunun kəndində yerləşən evinə köçdü, həmin kənddə yaşamışıq. Birgə yaşayışlarımızın ilk vaxtlarında aramızda münasibətlər normal olsa da, sonradan hər ikimizin xasiyyəti uyuşmadığı üçün aramızda narazılıqlar yarandı. Tez-tez mübahisələrimiz baş verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə dekabrın 1-də iş yerindən Biləsuvar rayonunun kəndinə - ailəsinin yanma gəlib və gecə orada qalıb: “Növbəti gün saat 15 radələrində evdə mənimlə Lətifə arasında səbəbsiz yerə mübahisə yarandı. Mübahisə zamanı mən Lətifənin işlətdiyi nalayiq ifadələrdən hiddətləndim, ona bir dəfə sifət nahiyəsindən şillə ilə vurdum. Bundan sonra mən yaşadığım həmin evi tərk edərək, Biləsuvar rayonunun kəndinə getdim”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top