Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun doğum günüdür.
Demokrat.az xəbər verir ki, ölkənin əsas mühafizə xidməti rəhbərlərindən biri olan general Əyyubovun 74 yaşı tamam olur. Bəylər Eyyubov 1951-ci il martın 10-da Qərbi Azərbaycanda (indiki Ermənistanda) anadan olub. Prezidentin şəxsi mühafizəçisi 2 iyun 2003-cü ildə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini kimi çalışıb. 2020-ci ilin 16 martında isə Prezidenti İlham Əliyev tərəfindən Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Hazırda da həmin vəzifədə çalışır.
“Bəylər Əyyubov 26 dekabr 1998 - ci ildə "Azərbaycan Bayrağı" ordeni, 21 avqust 2010 - ci ildə II dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2021-ci ilin martında isə “Şərəf” ordenləri ilə təltif edilib.
Demokrat.az kollektivi olaraq biz də Bəylər Əyyubovu doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq və fəaliyyətində uğurlar arzulayırıq.
Demokrat.az