Apple istifadəçinin ətrafını təhlil etmək üçün istifadə ediləcək daxili kameralarla təchiz edilmiş yeni simsiz AirPods qulaqlıq modelini hazırlayır.
Demokrat.az xəbər verir ki, bu barədə Bloomberg-dən nüfuzlu insayder Mark Qurman özünün "PowerOn" bülletenində bildirib.
Qurmanın hesabatına görə, AirPod-ların kameralı inkişafı aktiv mərhələdədir. Məlumat yanvar ayında ortaya çıxan əvvəlki şayiələri təsdiqləyir və innovativ qulaqlıqların buraxılmasının yaxın gələcəkdə baş verə biləcəyini göstərir.
Mövcud məlumata görə, AirPods-dakı kameralar ənənəvi mənada foto və video çəkiliş üçün nəzərdə tutulmayıb.
Hal-hazırda kameralı AirPodların dəqiq buraxılış tarixləri naməlum olaraq qalır. Yeni məhsulun bazara bu il buraxılması gözlənilən AirPods Pro 3-ün buraxılışından sonra çıxa biləcəyi güman edilir.
Əfsanə Kamal
Demokrat.az