Çeçenistanda "Telegram"ın blokunu açmaq üçün çağırış edilib

DÜNYA 10 mart 2025, 21:25
Çeçenistan və Dağıstanda "Telegram" messencerinin bloklanması əsassız və məntiqsizdir. 

Demokrat.az
xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev "Telegram" kanalında yazıb. 

O bildirib ki, biz region sakinlərinin də ölkəmizin digər vətəndaşları kimi məlumat almaq və yaymaq hüququna malik olduqlarını nəzərə alaraq, bu qərara yenidən baxılmasını tələb edirik.

 Martın 8-də Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov "Telegram" messencerinin informasiya təhlükəsizliyi naminə Çeçenistan və Dağıstanda bloklandığını  bildirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 00:13
10 mart 2025, 21:39
Top