Dünya Özəl

Çeçenistanda "Telegram"ın blokunu açmaq üçün çağırış edilib

Çeçenistanda Telegramın blokunu açmaq üçün çağırış edilib

Çeçenistan və Dağıstanda "Telegram" messencerinin bloklanması əsassız vəməntiqsizdir.

Demokrat.az xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev "Telegram" kanalında yazıb.

O bildirib ki, biz region sakinlərinin də ölkəmizin digər vətəndaşları kimi məlumat almaq və yaymaq hüququna malik olduqlarını nəzərə alaraq, bu qərara yenidən baxılmasını tələb edirik.

Martın 8-də Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov "Telegram" messencerinin informasiya təhlükəsizliyi naminə Çeçenistan və Dağıstanda bloklandığınıbildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova