Model sevgilisi Razi Əliyevanı döyməsi ilə gündəmə gələn Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə araşdırması başa çatıb.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Ziya Hüseynzadə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin prosesdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham olunur.