Ukraynanın Aqrar Siyasət Nazirliyi sənaye çətənəsinin yetişdirilməsi və emalı prosesini sadələşdirmək üçün nəzərdə tutulmuş elektron sistemin istifadəyə verildiyini elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Vitali Koval öz "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, yeni “e-Hemp” elektron platforması şəffaf kənd təsərrüfatı bazarının yaradılması istiqamətində növbəti addımdır. 10 mart 2025-ci il tarixindən etibarən bu sənaye ilə məşğul olan hüquqi şəxslər öz fəaliyyətləri üçün rahat rəqəmsal interfeysdən istifadə edə biləcəklər.
Kovalın sözlərinə görə, dövlət reyestrlərinə giriş sistemə inteqrasiya olunacaq. Nazir əlavə edib ki, bu təşəbbüsün əsas məqsədi biznes mühitini dəstəkləmək, korrupsiyanın səviyyəsini azaltmaq və Ukraynanı sənaye çətənə istehsalında lider mövqeyə qaytarmaqdır.
Əfsanə Kamal
Demokrat.az