
Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı, övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü, 2021-cü il təvəllüdlü M və F hamamda çimərkən dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.