Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb

DÜNYA 11 mart 2025, 01:52
Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 00:13
Top