
"Sevinirəm ki, oğlum var. Qız lazım deyil, elə oğullar yaxşıdır. Təsəvvür etmirəm ki, qızım var. Düzdür, onun kimi xoşbəxt qız olmazdı. Məni necə sərbəst böyüdüblər, onu da elə böyüdəcəkdim. Dünyanı gəzəcəkdi, ona hər şey edəcəkdim. Qıza fərqli yanaşıram. Oğlan öz yolunu tutub, yaşayacaq. Yaxşı ki, qızım olmayıb. Kürəkən ona nəsə desəydi, yazıq olacaqdı".
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Özümüz olaq" yutub layihəsində deyib. İki oğul övladı olan aparıcı onlardan danışıb. Əliverdiyeva bildirib ki, qız anası olmağı arzulamayıb.
Aparıcı oğlunun nişanının qayıtmasından bəhs edib. Mətanət "Oğullarınızın işinə qarışırsınız? Necə bir gəlin gətirsələr qəbul etməzsiniz" sualına belə cavab verib:
"Niyə qarışım? Mən alıram, mənimlə yaşayacaq? Niyə qəbul etməyim? Mənə çatmır, gəlin mənə baxsın... Gəlin mənə qulluq etsin, çay versin? Niyə baxsın? Qulluqçudur? Olub ki, oğlum gəlib ki, filan qızı istəyirəm. "Yox" deməmişəm, demişəm bax. Hətta bir qıza üzük də taxdıq, qarışmadım. Bilirdim ki, o deyil. İstədim özü qərar versin. Sonradan özü bildi, gördü. Ailə sevgi əsasında qurulanda hər şeyə dözürsən".