"Hazırda bu sənətdə ağ qaraya, qara da ağa qarışıb. Nə zamana kimi onların yerləri səhv düşəcək? Qaranın yeri bilinməlidir də... Gülməli və biabırçı vəziyyətdir. Orada nə söz, nə də musiqi var. 30 ildir bu sənətdəyəm. Bu sənətə gələndə belə bilmirdim. Mən biznes insanı deyiləm. Sənət üçün bu sənətə gəlmişəm.Başqa yol bilmirəm, yalnız oxumağı bacarıram. Bu sənətə o qədər əlçatmaz kimi baxırdım. İndi isə bu sənəti heç nə edib qoyublar. Bu, faciədir".
Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Afaqla 10lar" verilişində deyib. Müğənni sənət aləmindəki vəziyyətdən gileylənib:
"Bu, bir xalqın və incəsənətin yox olması, ölməsidir. Kütləyə nə verirsənsə, o da onu götürür. Biz çalışmalıyıq ki, kütləyə gözəl və keyfiyyətli işlər təqdim edək. Bu sahənin adı "incəsənətdir". Buna başqa ad vermək olmaz. Bir xalqı məhv etmək istəyirsənsə, birinci onun mədəniyyətini və incəsənətini əlindən al. Müğənni var ki, efirə çıxır və aparıcı başlayır onu tərifləməyə. Halbuki həmin müğənni heç o tərifə layiq də deyil. Onu tərifləməklə ona yaxşılıq yox, pislik edirsən. Sən onun səhvlərini de, qoy, düz yolu tapsın. Allah özü kömək olsun".
M.İsgəndərli sənət adamlarına səslənib:
"Siz axı niyə çəkilib, dayanmısınız kənarda? Siz bu sənətə ömrünüzü, illərinizi fəda etmisiniz. Siz gəlin biz də sizin arxanızca gələk. Sənətdə bir böyük olmalıdır. Böyük olmalıdır ki, bu kütləni, gəncləri özü ilə düz yolla aparsın. Sözünü, özünü, sənəti bilən. Çox sözlər danışa bilərəm. Sonra isə kimlərinsə xətrinə dəyəcək. Düşünürəm ki, arifə bir işarə kifayyətdir bu sözlərimi düzgün şəkildə anlasın".