70 yaşlı müğənni səhnə rəqsi ilə gündəm oldu — VİDEO

ŞOU-BİZNES 10 mart 2025, 14:06
Türk musiqisinin sevilən səsi Nükhet Duru 8 Mart Qadınlar Günündə səhnədəki enerjisi və rəqsi ilə sosial mediada gündəm olub.

Demokrat.az türk mediasına isatinadla xəbər verir ki, məşhur sənətçi "Kaynat Bakalım" adlı şou proqramında Nilgün Belgün və Saba Tümer ilə birlikdə çıxış edib.

Səhnədə müxtəlif rəqslərini nümayiş etdirən Nükhet Duru tamaşaçılara əyləncəli anlar yaşadıb. 70 yaşı tamam olan sənətçinin bu enerjisi izləyicilərin böyük təəccübünə səbəb olub.

Onun bu performansı sosial mediada sürətlə yayılaraq "İllərə meydan oxuyur!" şərhləri ilə qarşılanıb.

Həmin anları təqdim edirik:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 18:27
Top