5 il sonra ilk dəfə ərinin ölümündən danışdı — FOTOLAR

ŞOU-BİZNES 09 mart 2025, 23:00

Türkiyəli məşhur aktrisa Özgü Namal ilk dəfə 5 il öncə ürək tutmasından vəfat edən əri Ahmet Serdar Oralın ölümündən danışıb.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdən sonra “Kızıl Goncalar” serialı ilə ekranlara qayıdan aktrisa “İnstyle” jurnalına keçirdiyi çətin günləri belə izah edib:

“Həyat yoldaşımın itkisi çox çətin və ağır idi. Dünyadakı bütün itkilər ağırdır, heç bir ağrını bir-biri ilə müqayisə etmirəm. Amma indi olduğum insan kimi deyə bilərəm ki, artıq bütün ağrılarla empatiya qura bilirəm. Çünki ən böyük ağrını yaşadım. Ətrafımdakı bir çox insan məni həyata qaytarmaq istəyirdi. Amma hər kəsə dedim ki, zəhmət olmasa icazə verin. Qoy bu ağrını layiq olduğu kimi yaşayım, yox olub təmizlənənə qədər gözləyim. Və bir gün özümü hazır hiss edəndə ayağa qalxım...”

Qeyd edək ki, aktrisa 2014-cü ildə tənəffüs terapevti Ahmet Serdar Oral ilə ailə qurmuşdu. Onların Nefes və Elem Su adlı iki uşağı var. 

 






 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top