"Həmin vəsaiti sülhə xərcləmək daha yaxşı olardı" — Politoloq

DAXİLİ SİYASƏT 10 mart 2025, 17:20
“Əlbəttə ki, bu şəkildə Avropa İttifaqının Ermənistanı silahlandırılması yol verilməzdir. Bu, bir tərəfdən Azərbaycan mövqelərinə zərbədir. Azərbaycan Ermənistanı silahlandırılmasını gücləndirilməsini istəmir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. 

O əlavə edib ki, bu bölgədə sülhə xidmət etmir:

“Avropa İttifaqı həmişə bölgədə sülhdən danışır. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını istəyir. Bütün bunların baş verdiyi bir fonda, digər tərəfdən Ermənistana silah göndərməsi doğru deyil. Ermənistan hansı yolla olursa olsun silahlanması bu o deməkdir ki, gələcəkdə Azərbaycana qarşı istifadə edəcək. Ona görə də Azərbaycan keçən dəfə də buna etiraz etmişdi.  Bu dəfə də edəcək. Açıq şəkildə mövqemizi ortaya qoyacağıq ki,  biz heç bir halda bölgədə silahlanma istəmirik. Hətta biz nəinki, Ermənistanın silahlanmasını, ümumiyyətlə, bölgədə xarici silahlı mövqelərin olmasını istəmirik. Azərbaycan dəfələrlə deyib  ki, nə Qərb, nə də Şərq bloklarına qoşulmaq niyyətində deyil. Həmin bloklarında Cənubi Qafqazda möhkəmlənməsini istəmirik. Biz nə Azərbaycanın, nə Ermənistanın xarici hərbi bazarlarının olmasını istəmirik. Ona görə düşünürük ki, bu məsələdə Aİ-nin tutduğu mövqe yanlışdır. Həmin vəsaiti sülh və əminamanlığa xərcləmək daha yaxşı olardı”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top