ABŞ prezidenti Donald Trampın tapşırığına müvafiq olaraq Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) dövlət orqanlarında çalışan işçilərin ixtisarına başlayıb. İlon Maskın rəhbərlik etdiyi bu qurum dövlət orqanlarında çalışan işçilərə məktubla müraciət edərək onlara bir neçə sual verir və bunları cavablandırmasını istəyir. Suallara düzgün cavab verməyən şəxslər isə işdən azad edilir. Qısa müddətdə başlanan bu proses artıq xeyli sayda insanın işi itirməsinə səbəb olub. Bu isə Amerika cəmiyyətində etirazla qarşılanıb.
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Ramiyə Məmmədli bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən artıq bir aydan çox vaxt keçib:
“Tramp administrasiyası ilk gündən ölkənin siyasi və iqtisadi sahələrində geniş islahatlar aparmaq niyyətində olduğunu bəyan edib. Bu, seçki kampaniyası zamanı da vurğulanmışdı və artıq həyata keçirilən addımlarla bu vədlərin reallaşdığı görünür. İslahatların əsas məqsədlərindən biri ABŞ-da korrupsiyaya qarşı mübarizə aparmaq və dövlət büdcəsindən qeyri-effektiv xərcləmələrin qarşısını almaqdır. Bu istiqamətdə Tramp administrasiyası müxtəlif tədbirlər görməyə başlayıb. Prezidentin ətrafına topladığı şəxslər də bu islahatların həyata keçirilməsində mühüm rol oynayır. Məsələn, İlon Mask hazırda ABŞ-də texnologiya və süni intellekt sahəsində aparıcı simalardan biridir. Tramp administrasiyasının onu öz strukturuna cəlb etməsi dövlət idarəçiliyində yeni yanaşmaların tətbiqinə səbəb olub. Xüsusilə də dövlət xərclərinin şəffaflığının təmin edilməsi və vəsaitlərin düzgün idarə olunması üçün süni intellektin tətbiqi diqqət çəkir”.
Politoloq onu da qeyd edib ki, ABŞ-nın dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərcləndiyi də ciddi araşdırılır:
“Tramp administrasiyası USAID kimi qurumlara ayrılan vəsaitlərin effektivliyini sual altına qoyub və bəzi hallarda bu pulların mənasız istiqamətlərə sərf edildiyini aşkara çıxarıb. Administrasiya dövlət sektorunda çalışan və artıq əmək fəaliyyətində aktiv olmayan şəxslərin aldığı məvacibləri də araşdırır. Tramp hökumətinin həyata keçirdiyi bu islahatlar bir tərəfdən dövlət büdcəsinə qənaət etməyə kömək etsə də, digər tərəfdən müəyyən narazılıqlara da səbəb olub. Çünki bəzi vətəndaşlar və dövlət işçiləri üçün bu dəyişikliklər çətinliklər yarada bilər. Lakin Tramp administrasiyası islahatların qaçılmaz olduğunu və onların ABŞ iqtisadiyyatını gücləndirməyə yönəldiyini bildirir. Nəticə etibarilə, Tramp hakimiyyətinin ilk addımları göstərir ki, ABŞ-da ciddi struktur dəyişiklikləri həyata keçirilir. Bu dəyişikliklər, xüsusilə, iqtisadi və siyasi sahədə yeni yanaşmaların tətbiqi ilə müşayiət olunur. ABŞ vətəndaşları üçün bu proseslər müəyyən çətinliklər yaratsa da, administrasiya islahatların uzunmüddətli perspektivdə ölkəyə müsbət təsir edəcəyini vurğulayır”.
Leyla Turan
Demokrat.az