YapiKredi Müraciət Forması
Özəl Siyasət

Azərbaycan prioritetlərini özü müəyyənləşdirir — Deputat

Azərbaycan prioritetlərini özü müəyyənləşdirir — Deputat

Dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakı əvvəlcədən müəyyənləşdirilmiş iş qrafiki və diplomatik protokol əsasında planlaşdırılır. Buna görə də hər hansı bir zirvə görüşündə iştirak edə bilməmək mütləq şəkildə həmin tədbirə və ya iştirakçı dövlətlərə münasibətin göstəricisi kimi qiymətləndirilməməlidir.

Dövlət başçısının başqa bir rəsmi tədbirdə iştirakı nəzərdə tutulduğu halda, onun əvəzinə səlahiyyətli nümayəndəsinin beynəlxalq görüşə göndərilməsi diplomatik praktikada qəbul edilən yanaşmadır. Bu baxımdan, Azərbaycanın Türk Dövlətləri Təşkilatının zirvə görüşündə xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində təmsil olunması ölkənin tədbirdə iştirakını təmin edir.

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bununla yanaşı, diplomatiyada rəsmi protokol qaydalarından əlavə, qarşılıqlılıq və diplomatik etika prinsipləri də mövcuddur:

"Bu prinsiplər çərçivəsində dövlətlər qarşılıqlı münasibətlərdə təmsilçilik səviyyəsini və əvvəlki diplomatik təcrübəni nəzərə alırlar. Məsələn, 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmiş, ölkəni vitse-prezident Cevdet Yılmaz təmsil etmişdi. Sonrakı beynəlxalq tədbirlərdə də Türkiyənin müxtəlif səviyyəli nümayəndələrlə təmsil olunduğu hallar qeydə alınıb. Bu nümunələr göstərir ki, beynəlxalq görüşlərdə təmsilçilik səviyyəsi hər zaman dövlət başçısının iştirakı ilə məhdudlaşmır.

​Daha sonra Birləşmiş Millətlər Təşkilatı formatında yenə qardaş ölkə çoxsaylı ölkələr prezidentlər səviyyəsində iştirak etsələr də, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz təmsilçisi kimi Milli Məclisin sədri Numan Kurtulmuşu göndərdi və ən nəhayət AGEM-in tədbirində isə bu da bir çox dövlət başçılarının iştirak elədiyi bir tədbir idi, zirvə görüşü idi, xeyli sayda dövlət başçısı iştirak etsə də, qardaş ölkə yenə öz təmsilçisini xarici işlər naziri Hakan Fidanı göndərdi. Belə olan halda həm də həm rəsmi protokol zərurəti, həm də qeyri-rəsmi protokol etikası baxımından burada Türkiyə mətbuatının və yaxud rəsmlərinin Azərbaycanı qınamağa haqqı yoxdur".

​Azərbaycan diplomatiya və protokol qaydalarından kənara çıxmayıb və tam əksinə, Azərbaycan öz müstəqil dövlət kimi öz prioritetlərini özü müəyyənləşdirib və bir növ adekvat addımlar atıb", - o fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı