"Ermənistan Respublikası 30 ilə yaxın işğalda saxladığı torpaqlarımızda xalqımıza, maddi-mənəvi sərvətlərimizə, tarixi abidələrimizə qarşı bəşəri cinayətlər törətdi. Tarixi qələbəmizdən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan eyni siyasəti həyata keçirməyə davam edir. Sülhdən danışan ölkə sürətlə silahlanır, sərhədə yaxın ərazilərdə istehkamlar qurur".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
"Bu günə qədər Ermənistan basdırdığı minalarən xəritəsini Azərbaycana vermir, Birinci Qarabağ müharibəsində öldürdüyü, girov götürdüyü insanların yerini açıqlamır. 2021-ci ilin fevral ayından etibarən işğaldan azad olunan ərazilərdən 23 kütləvi məzarlıq müəyyən edilib. Məzarlıqlardan yalnız hərbçilərin yox, yaşlıların, uşaqların da skletləri çıxmaqdadır. Azərbaycan bütün bunlarla bağlı beynəlxalq təşkilatları məlumatlandlrır, məhkəmələrə müraciət edir. Ermənistan hələ də bu insanların hansı şəraitdə və nə formada öldürüldüyü haqqında məlumat vermir. Bakıda gedən məhkəmələrdə bunları törədən, icra edən bir qrup erməniəsilli şəxslər ifadələrində həmin günahların üstünü açmaqdadırlar".
O bildirib ki, beynəlxalq hüquq bu məsələlərdə öz acizliyini göstərir:
"Ermənistanın qoşun birləşmələri işğal ərzində Azərbaycanın mədəni-irsi abidələri məhv edib, məzarlıqları dağıdıb. Açılmış qəbrlərə vandalizm aktları həyata keçirilib. Bunu törədən şəxslər kimliyindən asılı olmayaraq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər".
Qeyd edək ki, 2021-ci ilin fevral ayından bu yana işğaldan azad edilən ərazilərdə 23 toplu məzarlıq aşkar edilib.
Əfsanə Kamal
Demokrat.az