"Hər hansı ikili münasibətdə problem yaranırsa, mütləqdir ki, iki tərəfdə də səhvlər olur. Hər hansı qadın alimentə görə boşanacaq biridirsə, onu seçən bəy də səhv seçim etmiş olur. Nəticədə problem yenə birtərəfli olmur. İstisna olaraq alimentə görə boşanan qadınlar ola bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
"Hazırda ailələrin dağılmasında ən böyük səbəb sosial şəbəkələrdir. Sosial şəbəkələrdə bizə ideal həyatlar və münasibətlər göstərilir. Onlara baxan insanlar da ailələrində problem yarada bilir. İkinci əsas səbəb ailələrə edilən kənar müdaxilələrdir. Ailə anlayışını qavramayan insanlar müdaxilələrə tab gətirə bilməyib ayrılırlar. Üçüncü və ən əsas səbəb ailə basqısı ilə ailə həyatı qurmaqdır. İnsanlar düşünür ki, sevgi ilə ailə quranda kasıb, məntiqlə ailə quranda varlı olursan. İnsanlar ailə təzyiqinə və göstərişə önəm verdiyi üçün bu tip ailələr tez dağılır. İnsanların qurmaq istədiyi ailə həyatı ilə qurduğu ailə həyatı tamamilə fərqli olur. Nəticədə ailələr dağılır. Burada nəinki qadınların, kişilərin də böyük rolu var. Kişinin xəyanəti və ailəyə yetəri qədər diqqət ayırmaması səbəbindən də xeyli ailələr dağılır".
Qeyd edək ki, deputat Razi Nurullayev ailələrin dağılmasında qadınları günahlandıraraq, alimentə görə boşandıqlarını bildirib.
Əfsanə Kamal
Demokrat.az