Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı — Həbs olundu

HADİSƏ 28 fevral 2025, 15:40
Bakıda hotelin seyfindən oğurluq edən müştəri ilə bağlı məhkəmə qərar verib. 

Demokrat.az
xəbər verir ki, 1985-ci ildə İsmayıllı şəhərində doğulmuş F.L. həyat yoldaşı və övladlarını iki aylıq rayona istirahətə göndərib. 

F.L. ailəsi rayonda olduğu müddətdə günlərini xoş keçirmək üçün Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 112 ünvanında yerləşən məşhur oteldə otaq bron edib. 

İki ayını oteldə keçirən F.L. sonuncu günü çox içki qəbul edib. Elə həmin gün otelin pul seyfinin açıq olduğunu görüb və ordan 2400 manat pul götürüb. Ayıldıqdan sonra polis tərəfindən saxlanılan F.L. barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə F.L. içkili olduğu üçün hadisəni törətdiyini etiraf edib və otelə dəyən zərəri qaytardığını bildirib. 

Məhkəmənin qərarı ilə F.L.-ya 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs olunub. (Qaynarinfo.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top