Moskva və Ankara Türkiyəyə enerji nəqlini müzakirə ediblər

DÜNYA 28 fevral 2025, 19:56
Rusiya və Türkiyə enerji təchizatı və milli valyutalarda hesablaşmaları müzakirə ediblər.

Bu gün Rusiya və Türkiyənin nazirləri arasında görüş zamanı Rusiya enerji resurslarının Türkiyə bazarına tədarükü, eləcə də milli valyutalarda hesablaşmaların payının artırılması məsələləri müzakirə olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, görüşün əsas mövzusu neft, qaz, kömür, elektrik enerjisi və nüvə sənayesi sahələrində əməkdaşlıq olub. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq sahəsidir.

Digər mövzularla yanaşı, iki ölkə yanacaq-energetika sektorunda gələcək investisiya əməkdaşlığını, o cümlədən 2028-ci ilə qədər Türkiyədə dörd enerji blokunun istismara verilməsi planlaşdırılan Akkuyu AES-in tikintisinin gedişatını müzakirə ediblər.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top