Dünya Özəl

Moskva və Ankara Türkiyəyə enerji nəqlini müzakirə ediblər

Moskva və Ankara Türkiyəyə enerji nəqlini müzakirə ediblər

Rusiya və Türkiyə enerji təchizatı və milli valyutalarda hesablaşmaları müzakirə ediblər.

Bu gün Rusiyavə Türkiyənin nazirləri arasında görüş zamanı Rusiya enerji resurslarının Türkiyə bazarına tədarükü, eləcə də milli valyutalarda hesablaşmaların payının artırılması məsələləri müzakirə olunub.

Demokrat.az xəbər verir ki, bu barədəRusiya hökumətininmətbuat xidməti məlumatyayıb.

Məlumatda bildirilib ki, görüşün əsas mövzusu neft, qaz, kömür, elektrik enerjisi və nüvə sənayesi sahələrində əməkdaşlıq olub. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq sahəsidir.

Digər mövzularla yanaşı, iki ölkə yanacaq-energetika sektorunda gələcək investisiya əməkdaşlığını, o cümlədən 2028-ci ilə qədər Türkiyədə dörd enerji blokunun istismara verilməsi planlaşdırılan Akkuyu AES-in tikintisinin gedişatını müzakirə ediblər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova