Alimlər orucun yaddaşa necə təsir etdiyini açıqlayıb

SOSİAL 28 fevral 2025, 19:44
Beynəlxalq tədqiqatçılar qrupu oruc tutmağın beynimizin hansı məlumatları daha yaxşı yadda saxlamasına təsir edə biləcəyini sübut edib. Təcrübə göstərib ki, aclıq ümumi faktlar və biliklər üçün yaddaşı yaxşılaşdırır.

Demokrat.az
xəbər verir ki, araşdırma Neurobiology of Learning and Memory (NLM) jurnalında dərc olunub.

Alimlər sağlam kişilərin iştirakı ilə eksperiment keçirib, aclıq və toxluğun yaddaşa təsirini müqayisə ediblər.

Orucun ümumi faktlar üçün yaddaşı yaxşılaşdırdığı, hadisələrin yeri və vaxtı kimi xüsusi təfərrüatlar üçün yaddaşın zəiflədiyini aşkar ediblər.Eyni zamanda, motor bacarıqları üçün yaddaş dəyişməz olaraq qalıb.

Bu nəticələr aclığın yaddaşa seçici təsir göstərdiyini sübut edib. Beyin ümumi və sadə bilikləri daha yaxşı yadda saxlayır. Məkan, vaxt ilə bağlı daha ətraflı məlumatların yadda saxlanmasını zəiflədir.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top