Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, tərəflər qonşu olublar.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. (oxu.az)


