
Tanınmış naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev itkin düşüb.
Bu barədə naşir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, oğlu bu gün 16:15-də metronun "Avtovağzal" stansiyasında olub:
"Sonra haraya getdiyi haqqında məlumatımız yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin. Əlaqə nömrəsi: 050 2431453, 055 7166373".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.