Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin ilk iki ayında yerli kartofun 10% bahalaşmasından gəzəblənib.
Yeniavaz.com xəbər verir ki, Belarus prezidenti qiymətlərin tənzimlənməsi ilə bağlı müşavirədə bu barədə danışıb.
O, qiymətlərin normallaşmasını və bütün iştirak edənlərin qovulmasını tələb edib:
“Bu direktorları cəhənnəmə qovmaq lazımdır. Biz kifayət qədər miqdarda kartof istehsal edə bilmirik. İki ayda kartofun qiyməti 10% bahalaşıb. Biz lazım olan miqdarda kartof istehsal edib zirzəmiyə qoyub əhaliyə sata bilmərik?!”
Ölkə başçısı kartofun idxalının onu yetişdirməkdən daha sərfəli olub-olmaması ilə maraqlanıb:
“Belə deyil? Bu bir dəlixanadır! Bu, nə cür tənzimləmədir, korrupsiyadır”.
Qeyd edək ki, “Belstat”ın məlumatına görə, 2024-cü ildə ölkədə kartof 31,2% bahalaşıb. Hazırda Belarus mağazalarında kartofun orta qiyməti 2,20 Belarus rublu (təxminən 1 manat 10 qəpik - red.) təşkil edir.