Sumqayıtda yataqxana binasında yanğın baş verib

HADİSƏ 28 fevral 2025, 23:31

Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.

Demokrat.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top