Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Telmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Stansiya deyilən ərazidə baş verib.
Əsəd orada tanışı Telmana heç bir səbəb olmadan sərxoş vəziyyətdə söz atıb. Nəticədə onlar arasında münaqişə yaranıb. Münaqişə zamanı Telmanın onun ünvanına nalayiq söyüşlər söyməyini bəhanə gətirib,yumruqla onun sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vurub.
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən hadisədən 2 ay əvvəl Telmanı tanıyıb: “Hadisə günü, saat 18 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Stansiya” deyilən ərazidə Telmanla rastlaşdım. Sərxoş vəziyyətdə mənimlə zarafat etməyə başladığından aramızda mübahisə yarandı. Bu vaxt Telman məni söydüyündən əsəbləşərək yumruqla onun sifət nahiyəsindən qəsdən vuraraq xəsarət yetirdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az