Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan olunub

DÜNYA 28 fevral 2025, 22:57
Bu gün axşam saatlarında Tbilisi Beynəlxalq Hava Limanında təxliyyə elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Exo Kafkaza” məlumat yayıb.

Bildirilib ki, terminalda qəfildən binanı tərk etməyə çağıran səsli mesajlar eşidilməyə başlayıb.

Sərnişinlər Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə bayıra çıxarılıb.

Hazırda evakuasiyanın səbəbi məlum deyil. 

KİV-in məlumatına görə, hava limanına partlayıcı qurğu ilə bağlı zəng daxil olub.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top