Bakıda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 27 fevral 2025, 17:17
Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ər-arvadın birgə yaşadıqları evdə baş verib. Vüsal arvadı Sevil ilə aralarında yaranan münaqişə zamanı qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevil ilə 2004-cü ildə ailə həyatı qurmuş və 4 qız övladları var: “Yaşadığımız müddət ərzində bir neçə dəfə aramızda mübahisə və dava dalaş oldu. Hadisə günü, səhər 09:00-da işdən yaşadığımız evə gəldiyim zaman aramızda  münaqişə yarandı. Yaranan münaqişə zamanı həyat yoldaşımı sol qolundan və sol ayağından qəsdən vuraraq bədən xəsarətləri yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 13:20
Top