İraq və Suriya da daxil olmaqla Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan bütün qruplar silahlarını yerə qoymalıdır.
Demokrat.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.
O qeyd edib ki, hazırda Türkiyənin terrorçuları tərksilah etmək çağırışı dedikdə bunu yalnız İraqdakı təşkilata aid etdiyimizi düşünürlər.
“Biz “terror təşkilatı” dedikdə, adından asılı olmayaraq, İraq və Suriyadakı bütün qrupların tamamilə məhv edilməli olduğunu nəzərdə tuturuq. Necə adlandırılmasından asılı olmayaraq, bu terror təşkilatının bütün ünsürləri silahı yerə qoymalıdır”, - deyə Türkiyədə hakim partiyanın nümayəndəsi bildirib.
Çelik vurğulayıb ki, terrorçularla heç bir sövdələşmə və ya danışıqlar olmayacaq.
Əfsanə Kamal
Demokrat.az