Dünya Özəl

Türkiyə bütün terror təşkilatlarını silahı yerə qoymağa çağırır

Türkiyə bütün terror təşkilatlarını silahı yerə qoymağa çağırır

İraqvəSuriyada daxil olmaqlaTürkiyədə qadağan olunmuşKürdüstan Fəhlə Partiyası(PKK) ilə əlaqəsi olan bütün qruplarsilahlarını yerə qoymalıdır.

Demokrat.azxəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsiÖmərÇelikdeyib.

O qeyd edib ki, hazırda Türkiyənin terrorçuları tərksilah etmək çağırışı dedikdə bunu yalnız İraqdakı təşkilata aid etdiyimizi düşünürlər.

“Biz “terror təşkilatı” dedikdə, adından asılı olmayaraq, İraq və Suriyadakı bütün qrupların tamamilə məhv edilməli olduğunu nəzərdə tuturuq. Necə adlandırılmasından asılı olmayaraq, bu terror təşkilatının bütün ünsürləri silahı yerə qoymalıdır”, - deyə Türkiyədə hakim partiyanın nümayəndəsi bildirib.

Çelik vurğulayıb ki, terrorçularla heç bir sövdələşmə və ya danışıqlar olmayacaq.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova