Zaqatalada sərxoş oğul atasına xəsarət yetirdi

HADİSƏ 28 fevral 2025, 18:21
Zaqatala rayonunda 1984-cü il təvəllüdlü Tahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Vaqifə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 15-də baş verib. Tahir həmin gün, saat 16 radələrində yaşadığı Zaqatala rayonunun kəndində yerləşən evin yataq otağında alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində başlayan mübahisə zamanı qisas almaq niyyəti ilə yumruqla qoca olan atası Vaqifin sifət nahiyyəsinə bir dəfə vurdum. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birgə yaşayır: “Baş verən hadisə mənim öz səhvimdir. Hadisə zamanı sərxoş olmuşam və atamı vurmuşam. Hadisə mən istəmədən baş verib. Hadisə vaxtı həddindən artıq sərxoş olmuşam. Dəfələrlə atam ilə barışmağa cəhd etsəm də, mənimlə barışmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vaqifin sözlərinə görə, artıq iki ildən çoxdur oğlu içki içir, sərxoş halda evə gəlir: “Mənə qarşı nalayiq ifadələr işlədir. Hadisə zamanı oğlum mənim gözümə yumruqla vuraraq, qapıları qırıb. Həmçinin öz həyat yoldaşını da döyür, evə isə heç bir maddi köməklik göstərmir”. 

Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 300 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top