Medvedev: “Tramp ilk dəfə həqiqəti kokainli klounun üzünə dedi”

DÜNYA 28 fevral 2025, 23:51
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə baş tutan gərgin görüşə sərt münasibət bildirib.

Musavat.com xəbər verir ki, Medvedev öz açıqlamasında bunları yazıb:

“Oval kabinetdə sərt danlaq oldu. Tramp ilk dəfə həqiqəti kokainli klounun üzünə dedi: Kiyev rejimi üçüncü dünya müharibəsi ilə oynayır. Bu cavab faydalıdır. Amma yetərli deyil - nasist maşınına hərbi yardımı dayandırmaq lazımdır”.

Ekspertlər hesab edirlər ki, bu bəyanat Rusiya-Ukrayna münasibətləri və beynəlxalq arenada yeni gərginliklərə işarə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top