"Sumqayıt hadisələri Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsinin hazırladığı əməliyyat idi. Bu əməliyyatda bir neçə qruplar istifadə edilirdi. Ermənistandan qovulan azərbaycanlılar arasında Sumqayıtda vəziyyətin gərginləşdiyini görüb ermənilərə doğru yönələnlər də var idi. Hadisələrin əsas qəhrəmanı dəfələrlə məhkum olunmuş, cinayətkar Eduard Qriqoryan adlı residivist idi. Onun dəstəsi ünvanlı şəkildə ermənilərin yaşadığı evlərə hücum edir, divan tuturdular. Öldürülənlər həmin ermənilər idi ki, gizli fonda pul ödəmirdilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Sumqayıt erməniləri ona görə hədəfə alınmışdı ki, Ermənistan bütün dünyaya bunu Azərbaycanın etməsi kimi yalandan car çəksin. Rəsmi İrəvan 300 minə yaxın azərbaycanlını yurd-yuvasından qovduqdan sonra özlərinə bəraət qazandırmağa çalışırdı. Bu yaxınlarda birinci prezident Levon Ter-Petrosyan etiraf etdi ki, 600 il ərzindı ilk olaraq azərbaycanlıları Ermənistan torpağından çıxarıblar. Sumqayıt hadisələri erməni rasionalizminin özünü hazır hiss edib hücuma keçməsi üçün törədildi. O zamanın Dağlıq Qarabağ vilayətində (indi ləğv edilib) də azərbaycanlılara qarşı etnik təmizləmə edilirdi. Sovet İttifaqının dağıdılma prosesi zamanı Qarbaçov kimi satqınlar erməni məsələsindən istifadə edərək mərkəzdənqaçma siyasəti yürütdülər".
O bildirib ki, bu proseslərin başlanğıcı ermənilərlə azərbaycanlıların münaqişəsi oldu:
"Digər respublikalarda olan qarşıdurmalar söndürülə bilsə də, Azərbaycanda bunu edə bilmədilər. Azərbaycan məsələ ilə bağlı kifayət qədər araşdırmalar aparılıb. Beynəlxalq müstəvidə də Sumqayıt hadisələri ilə bağlı ciddi şəkildə DTK-nın plan hazırladığını bildirmişik. Xüsusi təyinatlı adamlar küçələrdə insanları qızışdırırdı. Eduard Qriqoryan isə ancaq onların qətlini həyata keçirirdi. Ona tapşırılmışdı ki, Sumqayıtda qan tökülməlidir. Biz bu gün bütün təfərrüatları araşdırmışıq. Bu təxribat Moskvanın əmri ilə həyata keçirilib. Eduard Qriqoryanln məhkəməsi Moskvada keçirildi və hələ də sağdır. Azərbaycan onu beynəlxalq axtarışa verdiyi üçün yaşadığı yerdən ayrılmaq niyyətində deyil".
Əfsanə Kamal
Demokrat.az