YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Mahir Emreli Azərbaycana qayıda bilər - Asiya variantı da var

Mahir Emreli Azərbaycana qayıda bilər - Asiya variantı da var

Azərbaycan millisinin hücumçusu Mahir Emreli gələcək karyerası ilə bağlı qərar verməyə tələsmədiyini bildirib.

Demokrat.az xəbər verir ki, futbolçu bu barədə Andorra ilə keçirilən yoldaşlıq görüşündən (3:1) sonra Futbolinfo.az-a açıqlamasında danışıb.

Hazırda Polşanın "Rakuv" klubunda çıxış edən Emreli komandadakı vəziyyətindən razı olduğunu söyləyib. O, yeni baş məşqçinin gəlişindən sonra komandanın oyun sisteminin yaxşılaşdığını və son üç qarşılaşmada qələbə qazandıqlarını vurğulayıb.

Hücumçu Azərbaycana qayıtmaq ehtimalı ilə bağlı suala da aydınlıq gətirib. O bildirib ki, gələcəkdə Azərbaycan klublarından təklif alacağı halda bunu istisna etmir. Bununla belə, Avropanın digər klubları və Asiya təmsilçiləri də onun üçün mümkün variantlardır.

Emreli qeyd edib ki, karyerasında əsas prioritetlərindən biri müntəzəm oyun praktikasıdır. Onun sözlərinə görə, Almaniyanın "Kayzerslautern" klubundan ayrılarkən də əsas məqsədi daha çox meydana çıxmaq olub. Halbuki həmin klubda maliyyə və yaşayış şəraiti baxımından hər şey qaydasında idi.

Futbolçu hazırda "Rakuv"da özünü xoşbəxt hiss etdiyini və mövsümün sonunadək komandadakı mövqeyini qorumağa çalışacağını bildirib.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Türkiyənin "Konyaspor" və Almaniyanın "Kayzerslautern" klublarında çıxış edib.