YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Sumqayıtda kişi qadına kəllə atdı — Təfərrüat

Sumqayıtda kişi qadına kəllə atdı — Təfərrüat

Sumqayıt şəhərində 29 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qıza xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən yataqxananın qarşısında baş verib.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Bəhruz həmin ərazidə saxladığı özünə məxsus "Kia Optima" markalı avtomobilin salonunda şəxsi münasibətlərin pozulması və qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Tahirə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Mübahisə zamanı Bəhruz Tahirənin sağ qaş, alın və ağız nahiyələrinə başı ilə üç dəfə qəsdən zərbə endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Bəhruz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Tahirə ilə təxminən 5 ildir qeyri-rəsmi münasibətdə olduğunu və birlikdə yaşadıqlarını bildirib. Onun sözlərinə görə, əvvəllər münasibətləri normal olsa da, sonradan Tahirənin qısqanclığı səbəbindən aralarında mübahisələr yaranıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sumqayıt şəhərinin 41-ci məhəlləsində, yataqxananın qarşısında idarə etdiyi "Kia Optima" markalı avtomobilin salonunda Tahirə onu təhqir edib:

"Mən də əsəbiləşərək başımla Tahirəyə zərbə endirdim. Nəticədə o, xəsarət aldı. Sonradan əməlimdən peşman oldum. Tahirə ilə aramızda barışıq olub. Ona vurduğum ziyanı ödəmişəm".

İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, o, 2024-cü ildə Bəhruzla tanış olub və birlikdə yaşayıblar:

"Mən Bəhruzun həddindən artıq qısqanc və kobud olması səbəbindən ondan ayrılmaq qərarına gəldim. Hadisə günü, saat 17:40 radələrində Bəhruza məxsus avtomobilin salonunda görüşdük. Həmin vaxt Bəhruzla aramızda qısqanclıq zəminində mübahisə baş verdi. Mübahisə zamanı sifət nahiyəmə başı ilə zərbələr endirdi. Zərbələr nəticəsində xəsarətlər aldım. Bundan sonra qaçaraq ondan uzaqlaşdım. Daha sonra evimizə getdim və atam hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi".

Zərərçəkmiş ifadəsinin sonunda Bəhruzla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bəhruz barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor