Bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç olub.
Bu mərhələdə Cahangirbəyli kəndinə 20 ailə – 84 nəfər köçürülüb.
Sakinlərə yeni evlərinin açarları təqdim olunub.
Açarların təqdimolunma mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. (report)
14:42
Növbəti köç Cəbrayılın Soltanlı kəndinə çatıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Soltanlı kəndinə 17 ailə - 74 nəfər köçürülüb.
Sakinlərə həmçinin mənzillərin açarları da təqdim olunub. (report)
13:20
Xocavənd şəhərinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Bu gün Xocavənd şəhərinə 36 ailə olmaqla 140 nəfər, Quzeyxırman kəndinə 12 ailə olmaqla 45 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Sakinlərin mənzillərinin açarları da təqdim olunub. (report)



