Politoloq: "Bu şərtlər qəbul edilmədən sülh sazişinin imzalanması ehtimalı yoxdur"

GÜNDƏM 28 fevral 2025, 18:14
"Azərbaycanla Ermənistanla ona görə razılığa gələ bilmir ki, Ermənistan Avropa İttifaqı missiyasının çıxarılmasını istəmir. Əksinə missiya 2 illik müddətdə mandatını artırdı. Paşinyan təklif edir ki, missiya təkcə delimitasiya olunmuş ərazilərdən çıxarılsın. Bu təklif də Azərbaycana uyğun deyil. Bu məsələdə tərəflər arasında fikir ayrılıqları var".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. 

"Bəynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlı Paşinyan pozitiv mövqe sərgiləyib. Düşünürəm ki, bu maddədə uzlaşmaq daha asan olacaq. Bunlar sadəcə müqavilənin iki şərtidir. Sülh sazişinin imzalanması üçün də Ermənistan iki şərti yerinə yetirməlidir. 
Birincisi ATƏT-in Minsk Qrupunun ləğvi məsələsidir. Paşinyan deyib ki, onlar bunun üçün çağırış etməyə hazırdırlar. İkinci isə Ermənistan konsititusiyasına dəyişiklik edilməsidir. Bu şərtlər qəbul edilmədən sülh sazişinin imzalanması ehtimalı yoxdur. Hazırda müqavilənin daxilində və müqavilənin imzalanması üçün maneələr mövcuddur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top