Son dövrlər Salyan rayonunun küçə və parklarında abaqdlıq və təmizlik işləri gücləndirilib. Bu sahədə “Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi” MMC-nin kollektivi xüsusi ilə fərqlənir.
Qurumun rəhbəri Araz Hüseynov Demokrat.az-a bildirib ki, yaz fəsli ərəfəsində təmizlik aksiyalarının keçirilməsinin xüsusi əhəmiyyət təşkil edir.
Onun sözlərinə görə, təbiət oyananda, ağaclar yaşıllaşanda, küçələrin, parkların və digər istirahət yerlərinin mənzərəsi insanı valeh edir:
“Xüsusən, Kür çayı sahillərinin öz gözəlliyi vardır. Ona görə də digər işlərimizlə yanaş Kür çayının sahillərində təmizlik şəraitinin qorunmasına, ətraf ərazinin məişət tullantılarından təmizlənməsinə xüsusi əhəmiyyət veririk.
Bildiyiniz kimi, Kür çayı Salyan şəhərinə xüsusi gözəllik verir. Çay şəhərin ortasından keçməklə ətrafda təbii gözəllik yaradıb.
Son zamanlar çayda suyun səviyyəsi azalsa da, insanlar burada yaşıllıqların salınması, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyinin qorunması istiqamətində tədbirləri davam etdirirlər.
“Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi” MMC-nin kollektivi də son günlər Kür çayı sahilində bir neçə kilometr ərazidə məişət tullantılarını toplayaraq ərazidən uzaqlaşdırıb və zəruri yerlərə zibil qutuları qoyulub. Kollektivimiz Novruz bayramı ərəfəsində təmizlik aksiyalarını davam etdirəcək”.
Leyla Turan
Demokrat.az