"AFB Bank" ASC-nin sədri vəzifəsindən ayrıldı

MALİYYƏ 28 fevral 2025, 17:52
“AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı vəzifəsindən ayrılıb. 

Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir. Bank hazırda 7 filial və 4 şöbə ilə Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top