Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsi ləğv olunub.


