YapiKredi Müraciət Forması
Cəmiyyət

Bakıda mühüm idarələrdən birinin rəisi vəzifəsindən azad edildi - FOTO

Bakıda mühüm idarələrdən birinin rəisi vəzifəsindən azad edildi - FOTO

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Bakıda mühüm idarələrdən birinin rəisi vəzifəsindən azad edildi - FOTO